KONFRANSA MƏRUZƏ QƏBULU ÜÇÜN SON TARİX UZADILDI

KONFRANSA MƏRUZƏ QƏBULU ÜÇÜN SON TARİX UZADILDI

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gəncə Şəhər İcra Hakimiyyətinin Təşkilatçılığı ilə, Paşaholdinq şirkətlər qrupunun baş sponsorluğu ilə təşkil olunan "III. İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransı"na məruzələrin qəbulu üçün son tarix 10.05.2021 - ci il tarixinə qədər uzadılmışdır. 

Qeyd etmək istərdik ki, bu ilki konfrans Nizami Gəncəvinin 880 illiyinə həsr olunur və "Nizami Gəncəvi və Dayanıqlı İnkişaf" mövzusunda təşkil olunur. Konfransa iqtisadiyyat və idarəetmə sahəsində yazılmış elmi tədqiqat işləri məruzə üçün qəbul olunur.