2023

22 - 25 iyun 2023 - cü il tarixlərində Bakı şəhərinin ən gözəl memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzində keçirilən beşinci konfrans Ümumi milli lider Heydər Əliyevin anadan olunmasının 100 illiyinə həsr olunmuş və "Bir əsrin iqtisadi nəticələri" mövzusunda baş tutmuşdur. 44 ölkədən 500 - dən çox tədqiqatçının konfrans çərçivəsində elmi məruzəsi dinlənmiş, müxtəlif panel müzakirələrlə yanaşı 10 - dan çox workshop təşkil olunmuşdur. Başda Azərbaycan iqtisadiyyatının inkişafından bəhs edən "Bir Əsrin İqtisadi Portreti" olmaqla ümumilikdə 5 kitab konfrans tərəfindən ictimaiyyətə təqdim edilmişdir.

2022

2022

 

23 – 26 iyun 2022 – ci il tarixlərində Bakı şəhərində Baku Marriott Hotel Boulevard otelində keçirilən IV Konfrans çərçivəsində dünyanın 30 – dan çox ölkəsindən 300 – dən çox tədqiqatçı öz məruzələrini təqdim etmişdir. Eyni zamanda Konfrans çərçivəsində Qarabağın iqtisadiyyatı ilə bağlı 3 kitab və yaşıl iqtisadiyyat və yaşıl maliyyə mövzusunda bir kitab nəşr olunmuşdur. Bundan əlavə Konfrans çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçı və ekspertlərin iştirakı ilə aktual workshoplar təşkil olunmuşdur

 

2021

 

Üçüncü Konfrans 2021 – ci il 4 – 6 iyun tarixlərində “Nizami Gəncəvi və Dayanıqlı İnkişaf” mövzusunda Gəncə şəhərində keçirilmişdir. Konfrans müddətində dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıları, mütəxəssis və professorların iştirakı ilə 12 aktual mövzuda workshop təşkil olunmuşdur. Bundan əlavə konfrans çərçivəsində 5 – 6 iyun tarixlərində online formatda zoom platforması vasitəsi ilə 70 - ə yaxın bölmə təşkil olunmuşdur. Ümumilikdə konfransda dünyanın 34 müxtəlif ölkəsindən 695 iştirakçının 444 məruzə çıxışı dinlənmişdir.

 

2020

İkinci konfrans

 

İkinci konfrans dünyada davam edən pandemiya ilə əlaqədar olaraq 29.05.2020 – 31.05.2020 tarixlərində UNEC Extern Mərkəzin imkanlarından faydalanaraq online qaydada təşkil olunmuş konfrans UNEC-in 90 illiyinə həsr olunmuşdur. Açılış mərasimində Azərbaycan, ABŞ, Türkiyə və Rusiyadan olan plenarçılar öz mövzularını 4 fərqli dildə təqdim etmişdir. 2 gün online davam edən konfransda dünyanın 25 – dən çox ölkəsindən 325 məruzə 65 seksiyada online qaydada təqdim olunmuşdur.

 

2019

Birinci Konfrans

 

31.05.2019 – 02.06.2019 tarixlərində Bakı şəhərində Fairmont Baku otelində təşkil olunmuşdur. Konfransın açılış mərasimində 700 - ə yaxın qonağın iştirakı ilə 4 dildə plenar çıxışlar baş tutmuşdur. Ümumilikdə 3 gün ərzində konfransda 72 məruzə seksiyası baş tutmuşdur ki, bu seksiyalarda 21 fərqli ölkədən 350 – dən çox tədqiqatçı məruzələrini təqdim etmişlər.