Konfransda iştirak ÖDƏNİŞSİZDİR. Konfrans materialların nəşri ilə bağlı və inzibati bütün xərclər konfransın baş sponsoru PAŞA Holdinq şirkət qrupu tərəfindən qarşılanmaqdadır. 
 
Konfrans hibrid formada təşkil olunacaqdır. Konfransın məruzə seksiyaları online formada ZOOM platforması vasitəsi ilə baş tutacaqdır. Konfransın açılış mərasimi və workshopların bəziləri öncədən elan olunmuş proqrama əsasən ənənəvi formada Heydər Əliyev Mərkəzində  keçiriləcəkdir. Mərkəzdə baş tutacaq tədbirlərdə iştirak üçün qeydiyyat mütləqdir. 
 
Konfrans müddətində təşkil olunacaq tədbirlər üçün qeydiyyatla bağlı məlumatlar konfransın rəsmi saytı və sosial şəbəkə hesabları vasitəsi ilə paylaşılacaqdır.