YAZI QAYDALARI

 

Konfransa təqdim olunacaq bütün tədqiqat işləri qeyd olunan müvafiq yazı qaydalarına və standartlara uyğun olmalıdır. Əks halda tədqiqat işləri konfrans elm komitəsi tərəfindən imtina cavabı alacaqdır. Tədqiqat işləri yazı qaydalarına uyğun hazırlandıqdan sonra konfrans rəsmi saytındakı qeydiyyat bölməsində qeydiyyatdan keçərək göndərilməlidir. Göndərilən zaman tədqiqat işinin harda nəşr olunması ilə bağlı seçim mütləq qaydada olunmalıdır. 

Tədqiqat işi konfransa sayt vasitəsi ilə göndərildikdən sonra statusu haqqında məlumat şəxsi profildən əldə oluna biləcəkdir. Burada sizin tədqiqatın statusu qəbul, düzəltmə və imtina şəklində ola bilər. Əgər tədqiqatınız keyfiyyət və yazı standartlarına cavab verirsə “Qəbul”, əgər müəyyən texniki düzəltmələrə ehtiyac varsa “Düzəltmə”, keyfiyyət və mövzu olaraq konfransın standartlarına cavab vermirsə “İmtina” statusu görüləcəkdir. Qəbul olunan məruzələrə elan olunmuş tarixə qədər “Qəbul Məktubu göndəriləcəkdir. “Düzəltmə” statusu alan tədqiqat müəllifləri müvafiq düzəltmələrdən sonra əvvəl yüklədikləri faylı silərək yeni faylı yükləyərək yenidən müraciət etməlidirlər.  

 

QEYD EDİRİK Kİ, KEYFİYYƏT VƏ YAZI QAYDALARI TƏLƏBİNƏ CAVAB VERMƏYƏN TƏDQİQATLAR KONFRANSA QƏBUL OLUNMAYACAQDIR! 

 

QAPALI DƏYƏRLƏNDİRMƏ PROSESİ (PEER REVIEW PROCESS)

Konfransa göndərilən tədqiqat işləri konfransın təyin etdiyi mövzulara, qaydalara və standartlara uyğun olmalıdır. Konfransın elm komitəsi göndərilmiş tədqiqat işlərindən bu meyarlara uyğun olmayanlara imtina verilməsi haqqına sahibdir. Göndərilən tədqiqat işləri heç yerdə nəşr olunmamış və plagiat olmayan işlər olmalıdır. Məhz buna görə də müəlliflər təqdim etdikləri tədqiqatların plagiat bənzərliklərini mütləq qaydada yoxlamalıdırlar. Konfrans tərəfindən plagiat müəyyənləşdirildikdə tədqiqat imtina cavabı verilərək bir daha  müraciətinə qadağa qoyulur.  

Bu konfransa təqdim olunan tədqiqat işləri konfrans elm komitəsi üzvləri (ehtiyac yarandığı halda müstəqil ekspertlər) tərəfindən gizli dəyərləndirmə metodu tətbiq olunaraq qiymətləndiriləcəkdir. Tədqiqatla bağlı yekun qərar müvafiq dəyərləndirmə rəyləri alındıqdan sonra müəllifə məlumat veriləcəkdir. Dəyərləndirmə prosesi 3 – 4 həftə ərzində yekunlaşır. Konfransda məruzə üçün düzəltmə verilmiş tədqiqat işi müəllifləri ən gec 1 həftə ərzində uyğun düzəltmələri edərək yenidən müraciət etməlidir, əks halda tədqiqata imtina veriləcəkdir.  

 

AKADEMİK ETİK QAYDALAR

İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı nəşrlərdə akademik etik qaydalara və plagiat qaydalarına xüsusi diqqət ayırır. Konfrans nəşrlərində etik qaydalara uyğun olmayan, xüsusilə plagiat olan heç bir tədqiqat nəşr oluna bilməz. Məhz bu məqsədlə konfransa göndərilən tədqiqat işləri nəşr olunmazdan əvvəl plagiat proqram təminatı ilə plagiat yoxlaması həyata keçirilir. Buna görə də tədqiqatlar göndərilməzdən öncə müəlliflər tərəfindən plagiat yoxlamasından keçirilməsi tövsiyə olunur. 

Konfransın elm komitəsi və təşkilat komitəsi nəşr olunan yüksək keyfiyyətli materialların ifadə azadlığının və akademik dürüstlüyün qorunmasına təminat verir 

Tədqiqatın akademik keyfiyyəti hər zaman konfrans elm və təşkilat komitəsinin kommersiya maraqlarından və ehtiyaclarından əvvəl dayanmaqdadır. 

Artıq dərc olunmuş tədqiqat işlərinin müəllifləri istənilən zaman konfrans təşkilat komitəsi ilə əlaqə saxlayaraq müvafiq redaktələri etmək hüququna sahibdir. Müəlliflər bunu həyata keçirərkən konfrans tərəfindən hərhansı bir maneə yaradılmamalı və müəllifərdən əsaslandırılmış izahat tələb oluna bilər. 

Tədqiqat müəllifləri tədqiqatın daha əvvəl başqa bir yerdə nəşr olunmadığını təsdiqləməli və hər bir müəllifin məqaləyə müəyyən tövhəsi olmalıdır. 

Tədqiqatın aparılmasında istifadə olunan bütün ədəbiyyatlar və məlumat bazaları qeyd olunmalı, eyni zamanda tədqiqatdakı dataların doğruluğuna müəlliflər tərəfindən zəmanət verilir. 

Tədqiqatda təqdim olunan ideyaların orijinallığı və tədqiqat nəticələrinin əhəmiyyəti/aktuallığı tədqiqatın nəşr üçün nəzərdə tutulduğu zaman prioritet meyar kimi qəbul edilir. 

Konfrans həm müəlliflərə, həm də rəyçilərə gizli dəyərləndirmə prosedurlarının detallarını ətraflı izah etməyə cavabdehdirlər. Rəyçiyə hər tədqiqat işi göndərilərkən konfrans tərəfindən əsas alınan akademik yazı qaydaları və prosedurlar haqqında məlumat verilir. 

Konfrans elm komitəsi və sahə üzrə ekspertlər tərəfindən imtina verilmiş tədqiqat işləri təkrar konfransa göndərilə bilməz. 

Konfrans təşkilat və elm komitəsi hər il akademik yazı qaydalarına və tədqiqat dəyərləndirmə standart və qaydalarına yenidən baxmalıdır. 

Yeni komitə üzvləri, plagiat və ya digər qanun pozuntuları ilə bağlı kənardan şikayət edilmədiyi halda, əvvəlki üzvlərin qərarını ləğv etməməlidirlər. 

Konfrans ekspert rəyi prosesinin düzgün kodlaşdırılmasına və nə müəllifin, nə də rəyçinin qarşı tərəfdəki şəxsin kimliyini aşkarlaya bilməməsinə əmin olmaq üçün məsuliyyət daşıyırlar. 

Konfrans tərəfindən qoyulan və riayət edilən bütün redaksiya qaydaları və akademik standartlar eyni şəkildə həm dərc edilmiş, həm də dərc olunmamış (hələ nəzərdən keçirilir) mətnlərə şamil edilir. 

Konfrans plagiat faktını aşkar etdikdə və bunu sübut etmək üçün bütün sübutlara malik olduqda - onlar müəllifin nümayəndəsi olduğu quruma müraciət etmək hüququnu saxlayırlar.  

Plagiat və ya digər qanun pozuntusu barədə kənardan məlumat verildiyi halda, konfrans tərəfindən məsələ ilə bağlı dəstək olmaları və cəlb edilmiş rəyçilərin şəxsiyyəti istisna olmaqla, iş üzrə əllərində olan bütün sübutları təqdim etmələri gözlənilir. 

Konfrans hər hansı bir geri çəkilmə halları ilə bağlı beynəlxalq məlumat bazalarına və kataloqlara məlumat vermək üçün məsuliyyət daşıyırlar. Bununla belə, onlar bu verilənlər bazaları və kataloqlardakı müvafiq yeniləmələrin vaxtına görə məsuliyyət daşıya bilməzlər. 

Maraqların toqquşması kimi təqdim edilən bütün vəziyyətlər COPE qaydalarına uyğun olaraq həll olunur. Belə hallarda konfrans təşkilat komitəsinin COPE (https://publicationethics.org/guidance ) saytında təsvir olunanlar arasında müvafiq işi tapması və müvafiq tədbirlər görməsi gözlənilir.