VI İQTİSADİYYAT VƏ İDARƏETMƏ SAHƏSİNDƏ TƏDQİQATÇILARIN BEYNƏLXALQ ELMİ KONFRANSI

Dayanıqlı İnkişafda Yeni Dövr: Yaşıl Transformasiya və İqlim Maliyyələşdirilməsi"



Əziz tədqiqatçılar!

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi dünyanın müxtəlif ölkələrinin iqtisadiyyat və idarəetmə sahəsində çalışan tədqiqatçılarını bir araya gətirmək üçün hər il “İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı”nı (ISCEMR) təşkil edir. Bu Konfransın keçirilməsində əsas məqsəd elmlərarası tədqiqatların inkişafının dəstəklənməsi, elmin müasir inkişaf meyilləri üzrə fikir mübadiləsinin aparılmsı, təcrübə paylaşımı, tədqiqatların əlçatanlığının və keyfiyyətinin yüksəldilməsi, eləcə də elmi əməkdaşlıq əlaqələrinin qurulması və qurmağa başladığımız  beynəlxalq elmi platformanın inkişafı ilə bağlıdır.

Hər il ən aktual mövzulara həsr olunaraq keçirilən bu ilki konfrans “Dayanıqlı İnkişafın Yeni Dövrü: Yaşıl Transformasiya və İqlim Maliyyələşdirilməsi” mövzusuna həsr olunmuşdur.  Ölkəmizdə 2024 – cü ilin “yaşıl dünya naminə həmrəylik ili” qeyd olunması və COP 29 kimi bu sahədə ən mötəbər beynəlxalq tədbirin cari ildə Bakıda keçirilməsi bu istiqamətə xüsusi diqqətin olduğunun göstəricisidir. Konfrans çərçivəsində dünyanın müxtəlif ölkələrindən qeyd olunan sahələrdə tədqiqatlar aparan tədqiqatçıları bir araya gətirməklə bu sahəyə elmi tövhələr veriləcəkdir.
Sizlərin hər birinizi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə 23-26 may 2024-cü il tarixlərində, Bakı şəhərində, Heydər Əliyev Mərkəzində  keçiriləcək bu konfransa tədqiqat işlərinizi göndərməyə dəvət edirik. Konfransın Elm Komitəsi tərəfindən qəbul olunan məqalələrin müxtəlif beynəlxalq jurnallarda nəşri ilə yanaşı və beynəlxalq akademik platformalarda indekslənməsi nəzərdə tutulur.
Eyni zamanda konfrans çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət edilən tədqiqatçıların və peşəkar mütəxəssislərin iştikrakı ilə müxtəlif aktual mövzularda workshoplar və panel müzakirələr təşkil olunacaqdır.

Sizləri böyük məmnuniyyətlə konfransımızda iştirak etməyə dəvət edir və hər birinizə uğurlar arzulayırıq.

 

Hörmətlə

Konfrans Təşkilat Komitəsi

 

Workshoplar

1423

Uğurlu Sessiyalar

82

Plenarçılar

Dəstəyiniz üçün Təşəkkür Edirik!