Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə 23-26 may 2024-cü il tarixlərində, Bakı şəhərində, Heydər Əliyev Mərkəzində “Dayanıqlı İnkişafın Yeni Dövrü: Yaşıl Transformasiya və İqlim Maliyyələşdirilməsi” mövzusuna həsr olunmuş VI. İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-24) təşkil olunacaqdır.
Konfransımızın daha geniş tədqiqatçı şəbəkəsinə nail olmaq üçün xarici universitetlərdə təbliğat təşviqat fəaliyyətləri həyata keçirilməkdədir. Bu çərçivədə Polşanın Kazimierz Vielki Universiteti və Sloveniyanın Lyublyana Biznes Məktəbi tərəfindən tədqiqatçılar üçün elanlar verilmişdir. Elanlarla aşağıdakı müvafiq linklərdən tanış ola bilərsiniz.