Rəqəmsallaşma, Süni İntellekt və Dayanıqlı İnkişaf
Əziz tədqiqatçılar,
ISCEMR 2019 - cu ildən etibarən dünyanın müxtəlif ölkələrinin iqtisadiyyat və idarəetmə sahəsində çalışan tədqiqatçıları bir araya gətirmək məqsədi ilə PAŞA Holdinq şirkətlər qrupunun dəstəyi təşkil olunan beynəlxalq elmi konfransdır. Bu Konfransın keçirilməsində əsas məqsəd elmlərarası tədqiqatların inkişafının dəstəklənməsi, elmin müasir inkişaf meyilləri üzrə fikir mübadiləsinin aparılmsı, təcrübə paylaşımı, tədqiqatların əlçatanlığının və keyfiyyətinin yüksəldilməsi, eləcə də elmi əməkdaşlıq əlaqələrinin qurulması və qurmağa başladığımız beynəlxalq elmi platformanın inkişafı ilə bağlıdır.
Hər il ən aktual mövzulara həsr olunan ISCEMR dünyanın 30 - dan çox ölkəsindən tərəfdaş universitetlə birliktə beynəlxalq elmi müzakirə platforması formalaşdıran müstəqil konfransdır. Konfranslar çərçivəsində hər il elmi tədqiqat işlərinin məruzəsi ilə yanaşı, dövlət və özəl sektorun, beynəlxalq qurumların rəhbər şəxslərinin iştirakı ilə panel müzakirələr və müasir trendlərlər bağlı workshoplar təşkil olunmaqdadır. Dünyanın 50 - yə yaxın müxtəlif ölkəsindən olan professor - müəllim və mütəxəssis heyətindən ibarət təşkilat və elm komitəsi konfransın təşkilində mühim rol oynayır. Geridə qalan konfranslar çərçivəsində sadəcə konfrans nəşrləri deyil eyni zamanda müxtəlif mövzularda kitablar hazırlanaraq ictimaiyyətə təqdim olunmuşdur. Sonuncu konfransın nəticəsi olaraq Konfrans Məruzələr Kitabı nəşr olunmuş, dünyanın ən nüfuzlu nəşriyyatlarından biri olan Emerald Nəşriyyatı ilə birlikdə çap olunacaq kitabın nəşr prosesi isə davam etməkdədir. Eyni zamanda konfransa təqdim olunmuş tədqiqat işlərindən seçilmiş keyfiyyətli tədqiqatlar SCOPUS Q1 indeksli beynəlxalq elmi jurnalda xüsusi sayıda məqalə olaraq nəşr olunacaqdır.
Sizləri böyük məmnuniyyətlə konfransımızda iştirak etməyə və bu böyük elmi - akademik platformanın iştirakçısı və üzvü olmağa dəvət edirik.
Hörmətlə
Konfrans Təşkilat Komitəsi